Toni Kroos qərarını verdi
"Bavariya"nın futbolçusu Toni Kroos gələcək karyerası ilə bağlı qərarını verib.

24 yaşlı yarımmüdafiəçinin meneceri onun müqaviləsi başa çatanadək Münhen klubunda qalacağını deyib.

Kroosun meneceri onu da qeyd edib ki, "Mançester Yunayted" futbolçu üçün heç bir təklif göndərməyib:

"Heç bir klubla razılığa gəlməmişik. Kroos 2015-ci ilə qədər "Bavariya"da qalacaq".

Qeyd edək ki, "Mançester Yunayted"in futbolçu üçün müqavilə təklif etdiyi iddia olunurdu.

Xəbər 836 dəfə oxundu.