IOF-in rəsmi saytı: Azərbaycan səmti müəyyən etmə idmanı yüksəklərə doğru istiqamətdədir
Azərbaycan Səmti Müəyyən Etmə Federasiyasının son 2 il ərzində fəaliyyəti, beynəlxalq idman ictimaiyyəti tərəfindən böyük maraq doğurur. İdman.com.az saytı xəbər verir ki, Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının rəsmi saytında, bu günlərdə Portuqaliyanın Palmela şəhərində keçirilmiş Avropa çempionatında ilk dəfə çıxışı etmiş Azərbaycan idmançıları barədə məqalə dərc edilib:

“Azərbaycan Avropa çempionatına ilk dəfədir ki qatılır. Ölkənin keçmiş və indiki səmti müəyyən etmə idmanı yüksəklərə doğru istiqamətdədir. Azərbaycan Səmti Müəyyən Etmə Federasiyasının prezidenti olan və bu idman növünün ölkəsində inkişaf etməsi və milli yığmanın beynəlxalq arenadakı nəticələrini daha da yaxşılaşması üçün səylə və böyük həvəslə çalışan Mirəli Kazımov deyib ki, 2014-cü ilin iyul ayında İtaliyada baş tutacaq dünya çempionatında Azərbaycanı daha da geniş komanda təmsil edəcək.

Səmti müəyyən etmə Azərbaycanda 50 il bundan öncə yaranıb. Lakin Sovet hökuməti dağıldıqdan sonar, bu idman növünün ölkəmizdəki inkişafı dayanıb. “Bu gün biz dövlət tərəfindən idmanımıza qarşı böyük diqqət və dəstək alırıq, bu da səmti müəyyən etmənin Azərbaycanda fəal inkişafına təsir edir”.

Milli yığmanın üzvü olan Şəhriyar İsmayılov bildirib ki, səmti müəyyən etmə idmanı ilə cəmi bir ildir ki məşqul olur. Lakin o bu idmanı surətlə öyrənir.

Hazırda SMEF, 30 may – 1 iyunda Xaçmaz rayonunda ümummilli lider Heydər Əliyevin adına beynəlxalq kubok yarışını keçirməyə hazırlaşır.

Xəbər 2296 dəfə oxundu.