Robben Sneyderə dəstək oldu
Hollandiya millisinin futbolçusu Aryen Robben yığmadakı komanda yoldaşı Uesli Sneyderə dəstək olub.

Komandanın baş məşqçisi Lui van Qal Sneyderi "DÇ-2014"ün heyətinə salıb-salmayacağı barədə hələ qərar vermədiyini bildirmişdi.

Robben isə təcrübəli yarımmüdafiəçinin dünya çempionatına getməsini çox istəyir: "Sneyder çox önəmli futbolçudur. Hazırda yaxşı formadadır və yüksək səviyyəli oyunçudur. Onu dörd il əvvəlki durum ilə müqayisə etmək düzgün deyil. Düzdür, o vaxt daha güclü idi, amma Sneyder yenə də yığmada oynamalıdır. Sneyderə dünya çempionatına ehtiyacımız var".

Xəbər 894 dəfə oxundu.