Fransa kubokunda ilk finalçı bəlli oldu
Futbol üzrə Fransa Kubokunda yarımfinal mərhələsinə start verilib. İlk oyun günündə bir görüş baş tutub.

"Renn" doğma meydanda "Anje" ilə qarşılaşıb. Beş qolun vurulduğu qarşılaşmada meydan sahibləri qələbə qazanıb - 3:2. Bununla da "Renn" finala vəsiqə qazanıb.

Qeyd edək ki, digər finalçının adına bu gün keçiriləcək "Guingamp" - "Monako" oyunundan sonra aydınlıq gələcək.

16 aprel

Fransa kuobku, yarımfinal

"Renn" - "Anje" - 3:2


17 aprel

"Guingamp" - "Monako"

Xəbər 797 dəfə oxundu.