"Milan" Almeydanı istəyir
"Beşiktaş"ın futbolçusu Huqo Almeyda "Milan"ın maraq dairəsinə düşüb.

İtaliya klubu hücum xəttində olan boşluqları doldurmaq üçün mövsümün sonunda "qara qartallar"la müqaviləsi başa çatacaq portuqaliyalı hücumçunu transfer etmək istəyir.

Qeyd edək ki, "Beşiktaş" klubunun prezidenti Fikrət Orman bir müddət əvvəl Almeyda ilə yolları davam etdirəcəklərini bildirmişdi.

Xəbər 814 dəfə oxundu.