Levandovski 100-ə çatdı
Almaniya kubokunun yarımfinalında "Volfsburq"a qalib gələrək finala adlayan Dortmund "Borussiya"sının futbolçusu Robert Levandovski yubiley qoluna imza atıb.

Qarşılaşmanın 42-cü dəqiqəsində fərqlənən polşalı hücumçu "Borussiya"da 100-cü qolunun sevincini yaşayıb.


Qeyd edək ki, 2010-cu ildən Dortmund klubunda çıxış edən Levandovski ötən ilin noyabr ayında "Bavariya" ilə 5 illik müqavilə imzalayıb.

Xəbər 955 dəfə oxundu.