Simeone "Monako"nu çalışdıra bilər
"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone mövsümün sonunda iş yerini dəyişə bilər.

Argentinalı mütəxəssisin "Monako"nu çalışdıracağı iddia olunur.

Hazırkı baş məşqçi Klaudio Ranyerinin mövsümün sonunda komandadan gedəcəyi gözlənilir. Bu baş verəcəyi təqdirdə rəhbərlik "Monako"nun baş məşqçi postuna məhz Simeoneni gətirməyi planlaşdırır. Lakin Madrid klubunun təcrübəli mütəxəssisi "Monako"ya buraxıb-buraxmayacağı maraq doğurur.

Qeyd edək ki, "Monako"nun baş məşqçi postuna namizədlər sırasında "Real" (Madrid) klubunda Karlo Ançelottinin köməkçisi işləyən Zinəddin Zidan da var.

Xəbər 825 dəfə oxundu.