Puyol baş məşqçisi Xerardo Martinoya dəstək çıxıb
"Barselona"nın futbolçusu Karles Puyol baş məşqçisi Xerardo Martinoya dəstək çıxıb.

O, son zamanlar komandanın uğursuz çıxışı səbəbindən tənqid olunan agentinalı mütəxəssisin çox yaxşı məşqçi olduğunu deyib:

"Komandanın məğlub olmağının səbəbkarı tək Martino deyil. Uğursuz çıxış ediriksə, bu komandadakı hər kəsin günahıdır. Martinonun klubla müqaviləsə davam edirik. Martino üçün mən və komanda yoldaşlarım ölməyə belə hazırıq".

Puyol onu da qeyd edib ki, İspaniya kubokunu qazanaraq azarkeşlərə uğursuz çıxışlarını unutdurmaq istəyirik.

Xəbər 823 dəfə oxundu.