"Zidan güclü baş məşqçi olacaq"
"Real"ın baş məşqçisi Karlo Ançelotti köməkçisi Zinəddin Zidanı tərifləyib.

İtaliyalı mütəxəssis deyib ki, Zidan çox yaxşı baş məşqçi olacaq:

"O, komandadakı futbolçuları məndən daha yaxşı tanıyır. Oyunçularla münasibəti əladır. Mən futbolçularla çox danışmıram. Çünki onlarla çox danışanda baş məşqçiyə hörmətləri azalır. Zidanda isə əksinədir. Futbolçular onu hər zaman dinləyir və hörmət edirlər. O, işini çox yaxşı görür. Zidan güclü baş məşqçi olacaq".

Xəbər 838 dəfə oxundu.