"Borussiya"nın futbolçusu Premyer Liqa yolunda
"Mançester Yunayted" klubu Dortmund "Borussiya"sının futbolçusu Marko Roysu transfer etməyi planlaşdırır.

Mançester təmsilçisi gənc futbolçunun transferi üçün "Borussiya"ya müraciət edib.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Devid Moyes almaniyalı futbolçunu komandasında görmək istəyir. Bu məqsədlə "Mançester Yunayted" klubu qarşı tərəfə 30 milyon funt-sterlinq təklif edib.

Qeyd edək ki, 24 yaşlı futbolçu ilə İspaniyanın "Barselona" klubu da yaxından maraqlanır.

Xəbər 848 dəfə oxundu.