Xocavənddə rayon birinciliyi keçirilib
Xocavənd rayon Gənclər və İdman idarəsi rayon Təhsil şöbəsi ilə birgə Xocavənd Rayonu İcra Hakimiyyəti başçısının 31 yanvar 2014-cü il tarixli 04 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər planı”na uyğun olaraq 12 - 13 aprel tarixlərində Xocavənd qəsəbəsində Salakətin kənd tam orta məktəbin idman zalında Xocavənd Şəhidlərinin xatirəsinə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib.

Şəhidlərin əziz xatirəsini yad etmək, idmanın sərbəst güləş növünün inkişafına və kütləviliyinə nail olmaq, güləşçilərin idman ustalıqlarını artırmaq və təkmilləşdirmək, perspektivli idmançıları aşkar etmək məqsədi ilə keçirilən yarışa 8 rayondan 71 idmançı qatılıb.

Sonda qaliblər diplomla təltif olunublar.

Xəbər 961 dəfə oxundu.