Benzema Zidanı geridə qoydu
"Real"ın futbolçusu Kərim Benzema Madrid klubunun əfsanəvi oyunçusu Zinəddin Zidanı geridə qoyub.

Hücumçu La Liqada "Almeriya" ilə görüşdə Madrid klubunda 228-ci oyununa çıxıb.

Bununla da o, Zidanı (227) qabaqlayaraq "Real" tarixində ən çox matça çıxan fransız futbolçu olub.

Qeyd edək ki, 2009-cu ildən La Liqa klubunun şərəfini qoyuran Benzema Madrid təmsilçisində 110 qol vurub.

Xəbər 795 dəfə oxundu.