"Yuventus"dan Droqba açıqlaması
"Yuventus" klubu "Qalatasaray"ın hücumçusu Didye Droqba ilə maraqlanmır.

Klubun nümayəndəsi fildişi sahilli hücumçunu transfer etmək istəmədiklərini deyib.

Qeyd edək ki, "Yuventus"un təcrübəli futbolçu üçün 4 milyon avro ödəməyə hazır olduğu iddia edilirdi. Mövsümün sonunda İstanbul tənsilçisi ilə müqaviləsi bitəcək Droqbanın gələcək taleyi hələ də bəlli deyil.

Xəbər 886 dəfə oxundu.