İdmançıların qələbələri
7-8 aprel tarixlərində Baləkən rayonunda keçirilən yeniyetmələrin IX Respublika oyunları proqramına daxil olan sərbəst güləş üzrə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyinin final mərhələsi keçirilib.

Komandanın üzvlərindən Məhəmməd Əliyev (56 kq) birinci yerə, Asif Əsədullayev (53 kq) üçüncüyə layiq görülüblər.



Aprelin 11-də Cəlilabad rayonunda keçirilən “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika zona birinciliyində rayonun yığma komandası üçüncü yerə layiq görülüb və yarışların final mərhələsində iştirak etmək hüququ qazanıb.

Yarışların final mərhələsi aprelin 24-də Mingəçevir şəhərində keçiriləcək.

Xəbər 840 dəfə oxundu.