"Beşiktaş" Fernadezlə bağlı qərarını açıqladı
"Beşiktaş"ın futbolçusu Manuel Fernandesin İstanbul təmsilçisindəki gələcək taleyinə aydınlıq gəlib.

"Beyaz TV"ə danışan klubun prezidenti Fikrət Orman portuqaliyalı yarımmüdafiəçi ilə müqaviləni yeniləməyəcəklərini yazıb:

"Fernandes sözləşməni uzatmağa ehtiyacımız olan futbolçu deyil. Buna görə də onunla müqaviləni yeniləməyəcəyik".

Qeyd edək ki, Fernandesin "Beşiktaş"la müqaviləsi mövsümün sonu başa çatır. Onunla "Lokomotiv" klubunun maraqlandığı iddia edilir.

Xəbər 730 dəfə oxundu.