Zeedorf: "Turnir cədvəlinə baxmıram"
"Milan" klubunun baş məşqçisi Klarens Zeedorf İtaliya A Seriyasının sonuncu turunda məğlub etdikləri "Kataniya" ilə oyundan (1:0) sonra maraqlı fikirlər səsləndirib.

"Sky Sport İtalia"ya danışan hollandiyalı mütəxəssis turnir cədvəlinə baxmadığını bildirib:

"Hər zaman deyirəm, turnir cədvəlinə baxmıram. Hazırkı mövqeyimizi bilirəm və növbəti oyunlarda qələbə qazanmalıyıq. Turnir cədvəlinə isə mövsümün sonunda baxacağıq. Hazırda futbolçular bir-birilərini daha yaxşı anlayırlar. Əlbəttə, çətin vəziyyətdən çıxmaq üçün hələ tez ola bilər. Lakin bunu etmək üçün futbolçularımın xarakteri var".

Qeyd edək ki, "Milan" A Seriyasında 33 turdan sonra 48 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbər 836 dəfə oxundu.