Manuel Pelleqrini hakimdən şikayətləndi
"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini "Liverpul"la keçirilən matçın (2:3) baş hakimindən şikayətlənib.

Təcrübəli çalışdırıcı hakimin səhv qərarlar verdiyini deyib:

"Layiq olmadığımız bir məğlubiyyət oldu. Xüsusilə, ikinci hissənin son 15 dəqiqəsində çox yaxşı oynadıq. Qol şanslarını dəyərləndirə bilmədik. İkinci hissədə meydanda bir komanda var idi. Ancaq baş hakim bir penalti epizodu olsa da, "Liverpul"un qapısına on bir metrlik cərimə zərbəsi təyin etmədi. Həmin epizodda top rəqibin futbolçusu Şkrtelin əlinə dəymişdi. Hakim bunu görsəydi, qalib gələ bilərdik.

Xəbər 855 dəfə oxundu.