Uinston Parks milli komandada 90 dəqiqə oynadı

“Bakı” klubunun futbolçusu Uinston Parks Kosta-Rika millisində növbəti oyununu keçirib. idman.com.az saytının məlumatına görə, 30 yaşlı hücumçu yığmasının Panama ilə yoldaşlıq matçının iştirakçısı olub. Parks bu dəfə komandasının start heyətində yer alıb. O, 90 dəqiqə əvəzolunmadan meydanda olub. Lakin Uinston və komandası meydandan məyus ayrılıb. Belə ki, meydan sahibləri kosta-rikalıları 2:0 hesabı ilə məğlub ediblər.

Xəbər 1030 dəfə oxundu.