“Synergy Baku” “Circuit Des Ardennes”də
Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku” daha bir beynəlxalq turnirdə iştirak edəcək. İdman.com.az saytı xəbər verir ki, velosipedçilərimiz aprelin 11-13-də Fransada təşkl olunacaq “Circuit Des Ardennes” veloyürüşündə mübarizə aparacaqlar.

Sayca 40-cı dəfə təşkil olunacaq və Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqorisını daşıyan yubiley xarakterli yarışda 22 komanda iştirak edəcək. Daha çox sprinterlərin mübarizəsi ilə yadda qalacaq bu yürüşdə „Synergy Baku“nun şərəfini Xorvatiyada təşkil olunmuş „Porec Trophy“ turunu qələbə ilə başa vuran Maksim Averin, həmçinin Aleksandr Surutkoviç, Daniel Klemme, Maykl Şvayzer, Luk Deyvison və Patrik Leyn qoruyacaq.

Komandanın idman direktoru Arviks Piziks yarışı olduqca çətin sınaq kimi dəyərləndirib. Onun sözlərinə görə, əsas məqsəd yürüşün mərhələlərinin birində qələbə qazanmaqdır.

Xəbər 934 dəfə oxundu.