UEFA-dan "Atletiko"ya xoş xəbər
UEFA "Atletiko" (Madrid) klubu Çempionlar Liqasının yarımfinal mərhələsində "Çelsi" ilə düşəcəyi təqdirdə qapıçı Tibo Kurtuanın bu matçlarda oynayıb-oynamayacağı barədə rəsmi məlumat verib.

"Çelsi"yə məxsus olan belçikalı qolkiperin müqaviləsində göstərilib ki, yarımfinal və ya finalda bu komandalar üz-üzə gələrsə, Kurtua Madrid klubuna yalnız 6 milyon avro qarşılığında kömək edə bilər.

Ancaq qitənin ali futbol qurumu rəsmi saytından bu müqavilənin ÇL-də etibarlı olmadığını bildirib. Bu səbəbdən "Atletiko" London təmsilçisi ilə qarşılaşsa belə, Kurtuanın xidmətindən yararlana biləcək.

Xəbər 970 dəfə oxundu.