Pele: "Bu gün futbol oynasaydım, "Barselona"nı seçərdim"
Dünya futbolunun canlı əfsanəsi Pele yenidən maraqlı fikirləri ilə diqqət çəkib.

"Time" jurnalına danışan 73 yaşlı Pele müasir futbolda "Barselona"nın oyun üslubunu bəyəndiyini bildirib:

"Əgər bu gün futbol oynasaydım, "Barselona" klubunu seçərdim. Bu komandanın oyununu çox bəyənirəm. Çünki onların oyun üslubu mənim dövrümdəki "Santos" klubu ilə eynidir".

Qeyd edək ki, 1956-1974-cü illərdə "Santos"da çıxış edən Pele keçirdiyi 638 oyunda 619 qola imza atıb.

Xəbər 750 dəfə oxundu.