"Malaqa" "Qalatasaray"la razılığa gəldi
Hazırda icarə əsasında " Malaqa"da oynayan, ancaq müqavilə ilə "Qalatasaray"a məxsus olan Nordin Ambarat İstanbul klubundan bir dəfəlik ayrılacaq.

La Liqa təmsilçisi oyunçunu almaq üçün "Cim-Bom" və Ambaratın özü ilə razılığa gəlib.

Qeyd edək ki, Ambarat qış transferi pəncərəsində "Malaqa"ya icarəyə verilmişdi.

Xəbər 803 dəfə oxundu.