2 boksçumuz reytinq siyahısında birincidir | |
Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) dünya çempionatının yekununa əsasən yeni reytinq cədvəlini açıqlayıb. idman.com. saytı xəbər verir ki, Azərbaycan idmançılarından Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) öz çəkilərində 1-ci yerdədirlər. Onlardan fərqli, dünya çempionatında uğursuz çıxış edən Salman Əlizadə ilk sıradakı mövqeyini əldən verib. Millimizin üzvü 49 kq çəki dərəcəsi olan boksçular arasında 2-ci yerə enib. London Olimpiadasına lisenziya qazanan Elvin Məmişzadə (52 kq) 3-cü pillədədir. 56, 69 və 81 kq çəki dərəcələrində reytinq cədvəlində Azərbaycanın heç bir boksçusu yoxdur. |
|
Xəbər 1390 dəfə oxundu. |
|
|