Muslera İstanbul klubu ilə hələ də müqaviləni yeniləməyib
"Qalatasaray"ın futbolçusu Fernando Muslera İstanbul klubu ilə hələ də müqaviləni yeniləməyib.

"Cim-Bom" bu ilin yanvarından uruqvaylı hücumçu ilə bununla bağlı danışıqlara başlasa da, ondan müsbət cavab ala bilmir.

İngiltərənin "Sky sports" televiziya kanalından yayımlanan bir futbol proqramında isə Musleranın sözləşmənin uzatmamasının səbəblərindən bəhs edilib. Bildirilib ki, 27 yaşlı qapıçı bu il baş tutacaq dünya çempionatından sonra "Arsenal"a transfer olmağa çox yaxındır. Buna görə də o, "Qalatasaray"la müqaviləni yeniləmək istəmir.

Qeyd edək ki, Musleranın İstanbul təmsilçisi ilə müqaviləsi 2016-ci ildə başa çatır.

Xəbər 826 dəfə oxundu.