Karlos: "Çempionlar Liqasının favoriti yoxdur"
"Real" (Madrid) klubunun canlı əfsanəsi Roberto Karlos Çempionlar Liqasının yarımfinalçıları haqda danışıb.

Karlos ÇL-in favoritini açıqlamaqdan çəkinib:

"Çempionlar Liqasının favoriti kimdir? Bu barədə heç bir fikrim yoxdur. "Bavariya" Qvardiolanın rəhbərliyi altında yaxşı oyun nümayiş etdirir. "Atletiko" da yaxşı təsir bağışlayır. "Real"ın turnirdə böyük təcrübəsi var. "Çelsi"də də Mourinyo amili var. Çoxları onu tənqid edir. Lakin məncə, o dünyanın ən yaxşı məşqçilərindən biridir. Bir sözlə, bütün komandaları çempion olmaq şansı var".

Xəbər 865 dəfə oxundu.