"Real" "Mançester Siti"nin qapıçısını istəyir
"Mançester Siti" klubunun qapıçısı Co Hart mövsümün sonunda komandasını dəyişə bilər.

"Real" (Madrid) klubu ingilis qolkiperin xidmətində maraqlıdır.

Dieqo Lopez və İker Kasilyasın çıxışından narazı qalan baş məşqçi Karlo Ançelotti 26 yaşlı qapıçını komandasında görmək istəyir. Madrid təmsilçisi İngiltərə millisinin üzvü üçün 30 milyon avro xərcləməyi planlaşdırır. Hartın da "Real"da oynamaq istədiyi bildirilir. Tərəflər arasında razılıq əldə olunarsa, Hart yeni mövsümdən "kral klubu"nun şərəfini qoruyacaq.

Qeyd edək ki, Hart 2006-c ildən "Mançester Siti"də çıxış edir.

Xəbər 905 dəfə oxundu.