"Barselona"da baş məşqçisi hər şeyi həll etmir"
Hollandiya futbolunun canlı əfsanəsi Yohan Kroyf sabiq komandası "Barselona" klubu haqda maraqlı fikirlər səsləndirib.

"Marca" qəzetinə danışan Kroyf "Barselona"da baş məşqçinin əsas rol oynamadığını bildirib:

"Martino komanda üçün əlindən gələni edir. Lakin, alınmır. Çünki "Barselona"da baş məşqçi hər şeyi həll etmir. Komanda məğlub olduqda nəyisə dəyişmək çox çətindir. Uzun müddətdir "Barsa"da belədir və bu komandanın vəziyyətini daha da pisləşdirir".

Xəbər 1094 dəfə oxundu.