"Mançester Yunayted" Evraya əvəzləyici tapdı
"Real" (Madrid) klubunun müdafiəçisi Fabio Koentraoya təkliflər gəlməkdə davam edir.

"Mançester Yunayted" klubu portuqaliyalı futbolçunun xidmətində maraqlıdır.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Devid Moyes Koentraonu mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Patris Evraya alternativ kimi görür. Bu məqsədlə Mançester təmsilçisi 26 yaşlı futbolçunun transferi üçün "Real"a 12 milyon avro təkliflə müraciət edib.

Qeyd edək ki, Koentrao ilə "Yuventus" və "Çelsi" klubları da yaxından maraqlanır.

Xəbər 798 dəfə oxundu.