Ronaldinyonun adı korrupsiya qalmaqalında
Braziliyanın məşhur futbolçularından olan Ronaldinyo pul mənimsəməkdə təqsirkar bilinir.

Təcrübəli oyunçunun 2007-2010-cu illərdə vətəni Braziliyada yoxsul uşaqlar üçün toplanan yardımın 725 min dollarını mənimsədiyi iddia edilir.

Artıq bununla bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Qeyd edək ki, Ronaldinyonun ailəsi futbolçunun belə bir hərəkət etmədiyini bildirib.

Bununla bağlı yaxın günlərdə məhkəmə prosesinin başlanacağı gözlənilir.

Xəbər 826 dəfə oxundu.