Messidən biabırçı göstərici
Çempionlar Liqasının 1/4 finalında "Barselona"nın "Atletiko"ya məğlub olduğu matçla bağlı ilginc statistika ortaya çıxıb.

Bu oyunda uğursuz çıxışı ilə seçilən Kataloniya klubunun futbolçusu Lionel Messinin 93 dəqiqə ərzində cəmi 6.8 km qaçdığı məlum olub. Argentinalı hücumçu qapıçısı Pintodan cəmi 1.5 km çox qaçıb. Bu göstərici Messi üçün çox pis nəticə hesab edilir.

Yeri gəlmişkən, Messi dünənki oyunda 45 ötərmə verib ki, bunlardan da yalnız 27-si (60 faiz) dəqiq alınıb. Faiz göstəricisinə görə, o, komandasının meydanda olan oyunçularından yalnız Neymar və Rodriqesdən çox dəqiq ötürmə edib, digər on futbolçudan isə geri qalıb.

Matçda ən çon qaçan futbolçu, yeganə qolun müəllifi Kokedə bu göstərici 12.2 km olaraq qeydə alınıb.

"Barselona"da ən çox qaçan futbolçular Xavi Hernandez (11.8 km), Jordi Alba (11.5 km) və Alveş (10.8 km), "Atletiko"dan isə Koke (12.2 km), Qabi (11.7 km) və Raul Qarsiya (11.6 km) olub.

UEFA-nın açıqladığı statistikaya əsasən, Dieqo Simeonenin oyunçuları ümumilikdə 110.3 km qaçmaqla "Barsa"nı (107.7 km) qabaqlayıb.

Xəbər 755 dəfə oxundu.