Sumqayıtda veteranlar arasında açıq şəhər çempionatı keçirilib
Aprelin 5-də Sumqayıt şəhər 1 saylı Uşaq Gənclər İdman Məktəbinin stolüstü tennis zalında veteranlar arasında açıq şəhər çempionatı keçirilib.

Çempionatda Yaşar Mövlanov (Sumqayıt) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Niyaz Hüseynov (Bakı) və Əsgər Heydərli (Quba) isə müvafiq olaraq ikinci və üçüncü yerlərə sahib olublar.

Xəbər 850 dəfə oxundu.