Nani "Mançester Yunayted"dən ayrılır
"Mançester Yunayted"in futbolçusu Nani mövsümün sonunda klubundan ayrılacaq.

Oyunçunun meneceri Andrea Pasterollo bu barədə məlumat verib.

"Naniyə "Fiorentina" və digər klublardan təkliflər gəlib. Hazırda klublar üçün Naninin təzminat qiyməti problem yaradır. Bu məsələnin də tezliklə həll olunacağını düşünürəm. Nani mövsümün sonunda "MY"dan ayrılacaq" - deyə o bildirib.

Qeyd edək ki, portuqaliyalı hücumçu uzun müddətdir ki, heyətə düşməkdə çətinlik çəkir.

Xəbər 757 dəfə oxundu.