Messi oyun ərzində Pintodan cəmi 1,5 km artıq qaçıb
Barselonanın futbolçusu Lionel Messi Atletiko ilə oyunda 6,8 км məsafə qaçıb.

26 yaşlı forvardın göstəricisi qapıçı Pintodan cəmi 1,5 км artıqdır.Oyunun qəhrəmanı Kokenin isə qaçdığından 2 dəfə azdır (12,2 км).

Barselonanın digər hücumçusu Neymar oyun ərzində 9,5 км, komanda yoldaşları - Xavi – 11,8, Аlbа – 11,5, Dani Alveş – 10,8, Bartra isə – 10,7 km məsafə qət ediblər.

Atletikonun futbolçuları ümumilikdə 110,3 км, Barsalılar isə – 107,7 km qaçıblar.

Xəbər 882 dəfə oxundu.