Simeone: "Yarımfinalda üç favorit və bir də biz varıq"
"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/4 finalının cavab oyununda məğlub etdikləri "Barselona" ilə oyunu (1:0) şərh edib.

Argentinalı mütəxəssis çətin işin öhdəsindən gəldiklərini bildirib:

"Azarkeşlərimiz möhtəşəm idilər. Stadionda əla atmosfer yaratmışdılar. İnanılmaz dərəcədə xoşbəxtik. Çətin işin öhdəsindən layiqincə gəldik. Rəqiblərimizə gəlincə yarımfinalda üç favorit və bir də biz varıq".

Qeyd edək ki, "Atletiko"nun yarımfinaldakı rəqibinə sabah, Bakı vaxtı ilə saat 15:00-da aydınlıq gələcək.

Xəbər 855 dəfə oxundu.