"Atletiko" 40 ildən sonra
"Land of fire Azerbaijan" formalı "Atletiko" (Madrid) 40 ildən sonra bir ilkə imza atıb.

Dünən Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə cavab qarşılaşmasında Madrid klubu 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Bununla da "Atletiko" 40 ildən sonra yenidən yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, bundan əvvəl klub 1974-cü ildə yarımfinala yüksəlmiş və bu mərhələdə "Seltik"i məğlub edərək finala adını yazdırmışdı.

Xəbər 784 dəfə oxundu.