"Fənərbaxça"nın futbolçusu "Rubin"in hədəfində
Yunanıstanın PAOK klubunun hücumçusu Miroslav Stok karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

Slovakiyalı futbolçu "Rubin" (Kazan) klubunun maraq dairəsinə düşüb.

Futbolçunun transfer hüququna malik olan "Fənərbaxça" klubu Stokun təzminat qiymətini açıqlayıb. Belə ki, Kazan təmsilçisi 24 yaşlı futbolçunun keçidi üçün 5 milyon avrosundan keçməli olacaq.

Qeyd edək ki, bu mövsüm Yunanıstan Superliqasında 24 oyuna çıxan Stok 5 dəfə rəqib qapılarına yol tapıb

Xəbər 754 dəfə oxundu.