Demba Ba: "Vurduğum qola özüm də təəccübləndim"
Çempionlar Liqasının 1/4 finalında dünən PSJ ilə matçda "Çelsi"ni yarımfinala yüksəldən qolu vuran Demba Ba qarşılaşmadan sonra açıqlama verib.

O, vurduğu qola özünün də təəccübləndiyini deyib:

"Hər şey bir anda oldu. Yerə yıxılaraq ayağımı topa vurdum və gördüm ki, qol oldu. Mən oynamaq şansı veriləndə nə etməli olduğumu bilirəm".

Qeyd edək ki, London klubu ilk matçda PSJ-ə məğlub (1:3) olsa da, cavab matçında 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Xəbər 835 dəfə oxundu.