«Bakı alovlar»ı qalib gəldi

Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində Azərbaycanın “Baku Fires” klubu Ümümdünya Boks Seriyasının (WSB) 2011/2012 mövsümün ilk matçını keçirib. Rəqib Çinin “Wuxi Dragons” komandası idi. Baku Fires turniri möhtəşəm qələbə ilə açdı. Beş döyüşün hamısında qalib tərəf Azərbaycan klubunun boksçuları oldu – 5:0.
Doyüşlərin nəticələri:
54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Yuyu Du (Çin) - 49:46, 50:45, 49:46
61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Jenqjia Denq (Çin) - 50:45, 50:45, 50:45
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Vey Liu (Çin) – 50:45, 49:44, 50:43.
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Yunlonq Şi (Çin) – 50:44, 50:44, 50:44
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) - Cozef Parker (Yeni Zelandiya) – 49:46, 49:46, 49:46
Qeyd edək ki, Baku Fires və Wuxi Dragons yarışdığı “B” qrupunda artıq bir matç keçirilib. Fransanın «Paris United» komandası Türkiyənin «Istanbul Bosphorus» klubunu 3:2 hesabı ilə məğlub edib.
Baku Fires-ın növbəti rəqibi məhz «İstanbul Bosphorus» olacaq. Döyüşlər noyabrın 18-də Türkiyədə keçiriləcək.

Xəbər 1071 dəfə oxundu.