yığma komandamız Polşada təlim-məşqləri başa vuraraq Vətənə dönüb
Stolüstü tennis üzrə yığma komandamız Polşada təlim-məşqləri başa vuraraq Vətənə dönüb.

Azərbaycanın stolüstü tennis üzrə yığma komandasının 8 üzvü Polşanın Qdansk şəhərində təlim-məşq toplanışına yekun vuraraq aprelin 7-də Vətənə dönüb. İdmançılarımız 20-26 mart tarixlərində açıq beynəlxalq turnirə qatıldıqdan sonra aprelin 6-dək təlim-məşq toplanışında iştirak edib, texniki, fiziki və taktiki hazırlıqlarını artırıblar.

Qeyd etmək lazımdır ki, təlim-məşq toplanışı aprel ayının 27-də Yaponiyanın paytaxtı Tokio şəhərində start götürəcək Dünya çempionatına hazırlıq xarakteri daşıyıb.

Xəbər 1188 dəfə oxundu.