Lan Thorpe çox ciddi bir infeksiya ilə mübarizə aparır
5 olimpiadanın qızıl medal sahibi avstraliyalı üzgüçü Lan Thorpe sol qolundakı çox ciddi bir infeksiya ilə mübarizə aparır.

İdman.com.az saytı xəbər verir ki, İsveçrədə çiynindən əməliyyat olan Lan Thorpe yarasındakı infeksiya səbəbindən Avstraliyaya dönüb.

Müalicə üçün xəstəxanada yatan 31 yaşlı üzgüçünün vəziyyəti burada daha da pisləşib.

Həkimlərin sözlərinə görə, "torpedo" ləqəbli üzgüçünün vəziyyəti ciddidir. O, sol qolunu istifadə bacarığını itirə bilər.

Əlavə edək ki, parlaq karyerası boyunca 5 olimpiada qızılı qazanan Thorpe həyatını izah etdiyi kitabda dərin bir depressiyaya girdiyini etiraf etmişdi.

Thorpe keçdiyimiz aylarda da bir reabilitasiya klinikasında bir müddət müalicə alıb. 2012 London Olimpiya Oyunlarına qatılmaq üçün Avstraliya Seçmələrində keçə bilməyən Thorpe İsveçrədə sakit bir qəsəbədə yaşamağa başlamışdı.

Xəbər 1315 dəfə oxundu.