"Çelsi"nin aparıcı futbolçusu sıradan çıxdı
Çempionlar Liqasının 1/4 final mərhələsində hazırda öz meydanında PSJ ilə qarşılaşan "Çelsi"nin aparıcı futbolçusu Eden Hazard sıradan çıxıb.

Matçın 18-ci dəqiqəsində zədələnən yarımmüdafiəçi Andre Şürle ilə əvəzlənib. Şürle isə meydana daxil olandan az sonra hesabı açıb.

Qeyd edək ki, Hazardın zədəsinin nə dərəcədə ciddi olması həkim müayinəsindən sonra bilinəcək.

Xəbər 772 dəfə oxundu.