Ağır atletimiz dünya beşincisi oldu

Parisdə davam edən ağır atletika üzrə dünya çempionatının 4-cü günündə Azərbaycan idmançılarından ikisi mübarizə aparıb. Kişilər arasında 69 kq çəkidə iki idmançımız yarışıb. A qrupunda yarışan Sərdar Həsənovun nəticəsi daha yüksək olub. Birdən qaldırmada 150 kq, təkanla qaldırmada isə 176 kq ağırlığı ram edən Sərdar ümumi nəticədə 326 xalla 5-ci yeri tutaraq komandamıza mühüm xallar qazandırıb. Sərdar birdən qaldırmada 4-cü olub.
Əfqan Bayramov isə birdən qaldırmada 138 kq, təkanla qaldırmada 178 kq nəticə (ümumi – 316 kq) ilə 10-cu olub.
Qeyd edək ki, bu çəkidə 47 idmançı mübarizə aparırdı.

Xəbər 1129 dəfə oxundu.