"İbrahimoviçsiz də "Çelsi" ilə bacaracağıq"
PSJ klubunun hücumçusu Esekiel Lavezzi Çempionlar Liqasının 1/4 finalının cavab oyunu çərçivəsində bu axşam qarşılaşacaqları "Çelsi" ilə matç barədə fikirlərini bildirib.

Zlatan İbrahimoviçin yoxluğuna toxunan Lavezzi komandasının isveçli forvardsız da "Çelsi" ilə bacaracağını deyib:

"İbrahimoviç dünyanın ən yaxşı hücumçularından biridir. Təəssüf ki, Londondakı görüşdə o iştirak etməyəcək. Bununla belə, biz onsuz da "Çelsi" ilə bacaracağıq. Bizim çox yaxşı ehtiyat futbolçularımız var".

Qeyd edək ki, "Çelsi" - PSJ oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 761 dəfə oxundu.