Lerikdə rayon yarışı keçirilib
Aprelin 8-də Lerik Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Vətənin müdafiəsinə haziram” poliatlon çoxnövçülüyü üzrə rayon yarışı keçirilib.

İnternat orta məktəbin idman meydançasında 40 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi, çağırışaqədərki və çağırışyaşlı gənclərin hərbi xidmətə hazırlanması, qaliblərin aşkar edilməsi olub.

Sonda qaliblər aşkar olunub və mükafatlandırılıb.

Xəbər 750 dəfə oxundu.