Raul Amerikada oynamaq istəyir
Qətərin "Əl Sədd" klubunun futbolçusu Raul Qonzales karyerasını Amerika Liqasında davam etdirə bilər.

Bu barədə 36 yaşlı futbolçunun özü deyib.

Daha öncə 2015-ci ildə karyerasını başa vuracağını açıqlayan ispaniyalı futbolçu növbəti mövsümdən ABŞ-da oynamaq istədiyini bildirib. Raulla "Los Angeles Qalaksi" və "Nyu York Red Bulls" klubları yaxından maraqlanır.

Qeyd edək ki, Raul 2012-ci ildə "Şalke"dən "Əl Sədd" klubuna transfer olunub.

Xəbər 769 dəfə oxundu.