"Qarabağ" "Rəvan"la oyuna hazırlaşır
Topaz Premyer Liqanın 30-cu turunda "Rəvan"la qarşılaşacaq "Qarabağ" oyunun hazırlıqlarına başlayıb.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komanda bu günü tək çalışmayla keçirəcək.

Sonuncu turdakı AZAL qalibiyyətindən sonra (2:0) Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov dünəni komandaya istirahət vermişdi.

Bu gündən isə komanda "Rəvan"la oyunun hazırlıqlarına start verəcək.

Qarabağ"ın məşqi saat 17:00-da Suraxanı qəsəbə stadionunda baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" -"Rəvan" oyunu aprelin 12-i, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər 783 dəfə oxundu.