Bakı Olimpiya oyunları üçün fəaliyyət planını müəyyən edir

Noyabrın 4-də Lozanna şəhərində “2020-ci il Olimpiya oyunlarına namizəd şəhərlər” başlığı altında keçirilən iclasda Azərbaycan dünyanın 3 nüfuzlu şirkəti - PMPlegacy (20 ildən artıqdır ki, olimpiya hərəkatında menecment üzrə beynəlxalq konsultasiya şirkəti kimi fəaliyyət göstərir), “Burson-Marsteller” və “Adore Creative” ilə əlaqələr qurmaqla 2020-ci ildə Olimpiya oyunlarına ev sahibliyi etmək istiqamətində böyük addımlar atıb.

Chime Kommunikasiya ASC-nin Chime İdman Marketinqi bolümünün hissəsi olan “pmp” namizəd şəhərin strateji və texniki işlərini aparacaq, brend bölgüsü, izahat və mesajın ötürülməsinə məsuliyyət daşıyacaq; namizəd şəhərin və sənədlərin inkişafı və 2020 - Bakı namizəd şəhərin Olimpiya Hərəkatında əlaqələrinin qurulması və təqdimatlarını edəcək.

Dünyanın 6 qitəsinin 110 ölkəsi ilə əlaqələr qurmuş, ictimaiyyətlə əlaqələr (PR) sektorunda dünyada məşhur olan Burson-Marsteller şirkəti, namizəd şəhər olan Bakının mətbuatla əlaqələri, kommunikasiya strategiyasının təşkilinə cavabdeh olacaq.

2014-cü il Soçi Qış Olimpia oyunları, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya kuboku üçün reklam və yaradıcılıq sahəsində təbliğat işləri ilə öz töhvəsini vermiş “Adore Creative” şirkəti, filmlərin çəkilişi, yeni media və reklam kampaniyasının aparılması ilə məşğul olacaq.

Baş nazirin birinci müavini, “Bakı-2020” Təşkilat komitəsinin sədri Yaqub Eyyubov: “Biz bu cür yüksək səviyyəli şirkətlərlə əlaqələrin qurulmasından məmnunuq. Şirkətlər çalışdıqları sahələrdə aparıcı rol oynayırlar. Əminəm ki, bu 3 şirkət öz işlərini çox yüksək səviyyədə həyata keçirəcəklər, belə ki, biz 2020-ci il üçün namizəd şəhər olaraq, 2012-ci ilin may ayında keçiriləcək seçimdə qələbəyə iddialıyıq”.

Gənclər və idman naziri Azad Rəhimov: “Biz Beynəlxalq Olimpiya Komitəsinə Bakı şəhərinin sözün əsl mənasında 2020-ci ildə Olimpiya oyunlarına ev sahibliyi etməsi istiqamətində ən doğrü şəhər olduğunu sübut etmək üçün, 2016-cı il üçün başladığımız namizəd şəhər kampaniyamızı yüksək səviyyədə davam etdiririk. Təbii sərvətlərimizə və coğrafi mövqeyimizə minnətdar olaraq bu gün Azərbaycan iqtisadi sahədə dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Ölkəmiz mötəbər idman tədbirlərinə ev sahibiyi edir. Biz beynəlxalq olimpiya komitəsi, bütün olimpiya ailəsi və regiona ev sahibliyinə layiq olduğumuzu nümayiş edəcəyik.”

PMPlegacy-nin rəhbəri Peter Mann: “Bakı 2020-ci il üçün mübarizədə güclü namizəd kimi önə çıxır. Bakı hal-hazırda ən proqressiv, möhtəşəm şəhərlərdən biridir ki, bu da onun regionda ən böyük uğurunun açarıdır. İdman, sosial sahədə çox böyük ambisiyaları və məqsədləri olan ölkə ilə işləməyimiz bizim üçün çox xoşdur. Bakı namizədliyi boyunca olimpiya dəyərlərinin mükəmməlliyində, hörmət və dostluq münasibətlərinin qurulması istiqamətinə tam uyğun olan bir şəhərdir. ”

Burson-Marsteller şirkətininin Avropa, Yaxın Şərq və Afrikadakı icraçı direktoru Jeremy Galbraith: “Biz Bakının 2020-ci il Olimpiya oyunlarına ev sahibliyi etməsi arzusunun gerçəkləşməsi istiqamətində aparılacaq Olimpiya Hərəkatında onlara dəstək olmaları üçün seçilməyimizdən məmnunluq və qürur hissi duyuruq. Bakı nağıldır. Bu zəngin tarixi və mədəniyyəti, möhtəşəm təbii sərvətləri olan gözəl bir şəhərdir. Azərbaycanın nüfuzlu siyasi simalarından ibarət şəxslərin toplandığı nümayəndə heyəti ilə tanış olduqdan sonra, mən tam əmin oldum ki, Bakı həm bacarıq, eyni zamanda öhdəlik baxımından dünyanın ən möhtəşəm şousuna ev sahibliyi etməyə qadirdir.”

“Adore Creative”nin yaradıcısı, icraçı direktoru və yaradıcı direktoru Rupert Wainwright: “Bakı! Necə də valehedici bir şəhər! Müasir arxitekturası ilə qədim abidələrinin bir yerdə cəmləşdiyi və insanı valeh edən bir məkan. Bakı, texnoloqiya sahəsindəki gələcək inkişafı, mədəni sərvətləri, idmana olan sevgisi ilə təsvir olunmaz şəhərdir. Bütün bu gözəllikləri seçməklə Bakını dünyaya tanıtmaqdan qürur duyuruq ”.

Gənclər və İdman Nazirliyinin
Mətbuat xidməti

Xəbər 1297 dəfə oxundu.