"Yuventus"un futbolçusu "Arsenal"ın hədəfində
İngiltərənin "Arsenal" klubu hücumçusu axtarışlarını davam etdirir.

London təmsilçisi "Yuventus"un forvardı Fernando Lorenteyə "elçi" düşüb.

"Arsenal"ın baş məşqçisi Arsen Venger ispaniyalı futbolçunu Oliver Jirunun yanında oynatmağı planlaşdırır. "Topçular" daha öncə "Liverpul"un hücumçusu Luis Suarezlə maraqlansa da, uruqvaylı futbolçunun Madrid "Real"ında oynamaq istəməsi "Arsenal"ı çətin vəziyyətdə qoyub. Bu səbəbdən "Arsenal" hazırda bütün diqqətini Lorenteyə yönəldib.

Qeyd edək ki, 28 yaşlı futbolçu ötən mövsüm "Atletik" (Bilbao) klubundan "Yuventus"a transfer olunub.

Xəbər 748 dəfə oxundu.