Klopp: "Şansımız hələ də var"
"Borussiya"nın baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında növbəti mərhələyə yüksəlmək şanslarının hələ də olduğunu düşünür.

O, ÇL-in 1/4 finalında "Real"la cavab qarşılaşması öncəsi keçirilən mətbuat konfransında buna nail olmaq üçün çalışacaqlarını deyib:

"Ötən mövsüm finalda oynadıq. Amma bu il növbəti mərhələyə yüksəlməyimiz çətin görünsə də, şansımız hələ də var".

Klopp onu da bildirib ki, bu turnirin favoriti "Real"dır:

"İlk matçda komandam çox pis oyun nümayiş etdirdi. Ancaq cavab qarşılaşmasının yaxşı keçəcəyini düşünürəm. Qələbə qazanmaq istəyirik" - deyə baş məşqçi qeyd edib.

Xəbər 746 dəfə oxundu.