Levandovski: "Real"ın prezidenti ilə görüşmüşəm"
"Borussiya"nın futbolçusu Robert Levandovski "Real"ın ötən yay onu transfer etmək istədiyini təsdiqləyib.

Bu barədə o, Çempionlar Liqasının 1/4 finalında Madrid klubu ilə oyun öncəsi deyib. Polşalı hücumçu ötən mövsüm ÇL-də "Santyaqo Bernabeu" stadionunda "Real"la matçda sonra bu görüşün baş tutduğunu bildirib:

"Ötən mövsüm İspaniyada Madrid klubunun prezidenti Floretino Perezlə görüşdüyüm doğrudur".

Qeyd edək ki, Levandovski qış transferi pəncərəsində "Bavariya" ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən o, yeni mövsümdən Münhen təmsilçisində çıxış edəcək.

Xəbər 776 dəfə oxundu.